Antarktidada buzlaqların həcmi görünməmiş miqdarda azalıb

Avropa layihəsi olan "Copernicus Climate Change Service" (C3S) analitikləri 2022-ci ilin iyul ayında Antarktidada dəniz buzunun miqdarının görünməmiş dərəcədə aşağı səviyyədə olduğunu müəyyən ediblər.

Olaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "lenta.ru"-nun məlumatına görə, buz örtüyü 1,53 milyon kvadrat kilometrə çatıb ki, bu da 1991-2020-ci illərin orta göstəricisindən yeddi faiz aşağıdır.

Qeyd edilib ki, fevral ayından bəri bölgədə buzun səviyyəsi azalır. Ekspertlərin fikrincə, iqlim dəyişikliyi səbəbindən gələcəkdə vəziyyət daha da pisləşə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31