Belarus SSR-in keçmiş rəhbəri vəfat etdi
9 Avqust 2022 21:17 DünyaBelarus SSR-in keçmiş rəhbəri Nikolay Slyunkov 94 yaşında vəfat edib.
Olaylar.az xəbər verir ki, bu barədə Belarus Kommunist Partiyası məlumat yayıb.
Qeyd edək ki, Slyunkov Belarusiyanın Qomel vilayətində anadan olub. Ali təhsilini Minsk Avtomobil Texnikumu, Belarus Kənd Təsərrüfatı Mexanizasiyası İnstitutunda alıb.
1983-1987-ci illərdə o, Belarus Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, 1987-90-cı illərdə Sov. İKP MK-nın Siyasi Bürosunun üzvü, həmçinin Sov. İKP MK-nın katibi olub.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31