Ukraynada "Bayraqdar" zavodu AÇILACAQ

"Bayraqdar" pilotsuz uçuş aparatlarının istehsalı zavodu 2023-cü ilin sonunda Ukraynada işə salına bilər.

Olaylar.az xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar məlumat verib.

"Tikinti bir neçə ay çəkə bilər. Zavodun işə salınması isə 2023-cü ildə baş verə bilər", - o bildirib.

Qeyd edək ki, Kreml sözçüsü Dmitri Peskov Ukraynada "Bayraqdar" pilotsuz təyyarələrinin istehsalı zavodunun yaradılacağı təqdirdə dərhal vurulacağını bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31