Rusiyalıların bu qəsrə girişi QADAĞAN OLUNDU
9 Avqust 2022 15:58 DünyaRusiyalılar Paris yaxınlığında yerləşən Vensen qəsrini ziyarət edə bilməyəcəklər.
Rusiya vətəndaşlarına qoyulan bu qadağanın Ukraynada aparılan müharibə ilə bağlı olduğu iddia edilir.
Bildirilir ki, qəsrin binasında Fransa Silahlı Qüvvələri Nazirliyinin tarixi xidmət mərkəzlərindən biri yerləşir. Həmçinin idarənin arxivinin də burada toplandığı qeyd edilir.
Qəsrə girişlə bağlı istisnalar yalnız xidməti vəzifələrini yerinə yetirən jurnalistlərə şamil edilir. Mətbuat nümayəndələri xüsusi müraciət əsasında qəsri ziyarət edə bilərlər.
Sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31