Litvada təyyarə qəzaya uğrayıb, ölənlər var - VİDEO

Olaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "Yevropeyskaya pravda"-nın məlumatına görə, Litvanın Kaunas vilayətində "BRM Aero Bristell" təkmühərrikli təyyarəsi qəzaya uğrayıb. Qəza Via Baltika şosesindən bir qədər aralıda, Armanişke kəndi yaxınlığında baş verib.

 
 

Bu barədə Litva Polis Departamenti məlumat verib.  

Yanğın söndürüldükdən sonra təyyarənin içərisində iki kişi meyiti aşkarlanıb. 1951 və 1985-ci il təvəllüdlü kişilər ağır yanmış vəziyyətdə olub.

Ölənlərin təyyarənin pilotu və təlimatçısı olduğu deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31