İran peyki Rusiya tərəfindən orbitə buraxıldı
9 Avqust 2022 14:46 DünyaBu gün İrana məxsus "Xəyyam" peyki Rusiyanın "Soyuz" raketi ilə orbitə buraxılıb.
Peyk Qazaxıstandakı Baykonur kosmik bazasından göndərilib.
ABŞ-ın "Vaşinqton Post" qəzeti Rusiyanın İranın "Xəyyam" peykindən istifadə edərək Ukraynada casusluq etmək niyyətində olduğunu iddia etmişdi.
Lakin İran Kosmik Agentliyi bu məlumatı təkzib edərək Rusiyanın "Xəyyam" peyki vasitəsilə çəkilmiş fotolardan hərbi məqsədlər üçün istifadə etməyəcəyini bildirmişdi.
Sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31