"Əgər Ukraynada “Bayraktar” zavodu inşa olunacaqsa..." - Kremldən sərt AÇIQLAMA
9 Avqust 2022 14:02 DünyaƏgər Ukraynada "Bayraktar" pilotsuz uçuş aparatları istehsal edən zavod inşa olunacaqsa, onlar dərhal demilitarizasiyaya məruz qalacaq.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Qeyd edək ki, ötən gün Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar Ukraynada "Bayraktar" PUA-larını istehsal edən zavodun tikiləcəyini açıqlayıb. Onun sözlərinə görə, Ukrayna və Türkiyə arasında "Bayraktar" zavodunun tikintisinə dair saziş təsdiqlənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31