Müstəntiqlər Almaniya kanslerinin elektron poçtunu yoxlayıblar

Olaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "Gazeta.ru"-nun məlumatına görə, Almaniya Kansleri Olaf Şoltsun son yeddi il ərzindəki elektron poçtu yoxlanılıb.

Buna səbəb Varburq bankı ilə bağlı yaranmış qalmaqaldır. Belə ki, Almaniya kanslerinin keçmiş əməkdaşı Yohannes Karsın da adı bu qalmaqalda hallanır.

Şoltsun Hamburqun meri işlədiyi dövrə aid poçt qutusu və məktublarının araşdırıldığı bildirilir.

İddia olunur ki, Köln prokurorluğu bu ilin yazında Şoltsun ​​2015-ci il yanvarın 1-dən etibarən olan poçt qeydlərini və təqvimini gözdən keçirib.

Kanslerin poçt qutusunda araşdırma üçün order isə 30 mart 2022-ci ildə verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31