ABŞ yeni xəstəliklə bağlı SOS siqnalı verdi

ABŞ-da uşaqlarda müşahidə edilən xəstəliklə bağlı həyəcan təbili çalınıb.

Nyu-York ştatının səhiyyə rəsmisi ştatda yüzlərlə və hətta minlərlə diaqnoz qoyulmamış poliomielit (sinir sistemini zədələyə, əzələlərin iflicinə gətirib çıxara və ölümlə nəticələnə bilən yoluxucu xəstəlik) hallarının ola biləcəyini deyib. "BBC"yə danışan həkim Patrika Sknabel Ruppert xəstəliyin yayılma sürətindən narahat olduğunu bildirib.

Mütəxəssis, elm adamlarının əyalətdəki poliomielit hadisələri ilə London kanalizasiyasında aşkar edilən və Qüdsdə görülən poliomielit virusu arasında əlaqəni araşdırdığını əlavə edib.

"Bu, bütün dünya üçün çox ciddi problemdir, təkcə Nyu-York məsələsi deyil. Biz hər kəsin düzgün peyvənd olunduğundan əmin olmalıyıq. Mən əvvəllər ABŞ-da yeni poliomielit hadisəsi olacağını düşünməmişdim", deyə Ruppert söyləyib.

Qeyd edək ki, ABŞ-ın səhiyyə rəsmiləri keçən ay ölkədə doqquz ildə ilk dəfə poliomielit xəstəliyinin olduğunu açıqlamışdı.

sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31