“Bütün rusların Qərb ölkələrinə girişinə qadağa qoyulsun!”- ZELENSKİ
9 Avqust 2022 12:04 DünyaUkrayna prezidenti Vladimir Zelenski bütün rusların Qərb ölkələrinə girişinə qadağa qoymağa çağırıb.
Bu barədə "The Washington Post" yazıb.
Nəşrin yazdığına görə, Zelenski sərhədlərin bağlanmasını ən mühüm sanksiya hesab edir: "Ruslar başqasına məxsus torpaqları alırlar. Rusiya vətəndaşları fəlsəfələrini dəyişənə qədər öz dünyalarında yaşamalıdırlar. Bu məhdudiyyət etiraz olaraq ölkəni tərk edən ruslara da şamil edilməlidir".
Ukrayna prezidentinin fikrincə, Rusiyanın bütün əhalisini hesaba çəkmək lazımdır: "Bu əhali bu hökuməti seçdi və onunla mübarizə aparmır, mübahisə etmir... Digər anti-Rusiya sanksiyaları ölkə vətəndaşları üçün bir il ərzində sərhədlərin bağlanması və Rusiyanın enerji resurslarının alınmasına tam embarqonun tətbiqi ilə müqayisədə zəifdir".
Azpost.info