Tibetdə ilk dəfə COVID-19-a yoluxma aşkarlanıb
9 Avqust 2022 11:56 DünyaCOVID-19 pandemiyası ərzində ilk dəfə olaraq Tibetdə koronavirusa yoluxma aşkarlanıb.
Olaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "TASS"-ın məlumatına görə, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, son sutka ərzində həkimlər Tibet muxtar rayonunda 22 yoluxma halını qeydə alıb.
Koronavirusa yoluxan 21 nəfər xəstəliyi simptomsuz keçirib, yalnız bir nəfər müalicə üçün xəstəxanaya yerləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31