Yuvası yanan ayı yanğınsöndürənlərin yanına gəldi - VİDEO

Rusiyada maraqlı hadisə qeydə alınıb. Belə ki, kahası yanan ayı hər gün yanğınsöndürənlərin müvəqqəti yaşadıqları yerə gələrək "şam edib".

Olaylar.az Oxu.az-a istinadən bildirir ki, "RİA Novosti"-nin məlumatına görə, hadisə Xantı-Mansiysk Muxtar Dairəsində Radom çayı sahilində qeydə alınıb.

 

Xilasedicilərin sözlərinə görə, ayı üç gecə onların "qonağı" olub və ehtiyat ərzaqları ilə qidalanıb.

"Ayı gələndə hamı ovçu evinə toplaşırdı (qrup evə sığmırdı, çoxları çadırlarda yatırdı. - Red.), çəkiliş də orada aparılırdı. Düşərgədə 19 nəfər idik, Mişa isə 20-cimiz idi", - deyə yanğınsöndürənlər zarafatla bildiriblər.

Qeyd edək ki, Yuqra ərazisində avqustun 2-dən meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31