Bolqarıstanda təyyarə sərt eniş etdi, QƏZA BAŞ VERDİ
8 Avqust 2022 23:43 DünyaBolqarıstanda, ölkənin Qara dəniz sahilinin cənubunda yüngülmühərrikli təyyarə qəza enişi edib.
Olaylar.az xəbər verir ki, bu barədə Burqas şəhərinin polis idarəsindən bildirilib.
"Yüngülmühərrikli təyyarənin göyərtəsində bir nəfər - Pleven şəhərindən olan 55 yaşlı təcrübəli pilot olub. Pilot mühərrikdən yağ sızması aşkar edib və təcili eniş etmək qərarına gəlib", - deyə polis idarəsindən bildirilib.
Məlumata əsasən, qəza enişi zamanı pilot xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31