Çində yeni təhlükəli VİRUS
8 Avqust 2022 20:55 DünyaÇində daha bir təhlükəli virus yayılıb.
Olaylar.az lent.az-a istinadən xəbər verir ki, bu barədə yerli və sinqapurlu həkimlər açıqlama yayıb.
"Lanye" adlanan yeni virusa Şandunq və Henan əyalətlərində 35 yoluxma qeydə alınıb.
Bu, daha çox öskürək, qızdırma, yorğunluq, əzələ ağrıları, ürəkbulanma və baş ağrısı ilə müşahidə olunur.
Virisoloqlar bu növün elmə məlum olan digər henipaviruslarla oxşarlığını qeyd edir. Bildirilib ki, "Lanye" virusu ən çox siçanlarda aşkar edilib. Bundan başqa, it və keçilərdə də rast gəlinir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31