Kubada ildırımın vurduğu neft anbarında yenidən partlayış səsləri eşidilir - VİDEO
8 Avqust 2022 16:51 DünyaKubanın Matansas əyalətində ildırım vurması nəticəsində yanan neft anbarında daha bir partlayış baş verib.
"TASS"-ın məlumatına görə, hadisə yerli vaxtla 23:30-da (Bakı vaxtı ilə 07:30) qeydə alınıb.
Ümumilikdə neft anbarında indiyədək səkkiz rezervuardan ikisi məhv olub.
Xatırladaq ki, artıq dördüncü gündür ki, Matansas əyalətində neft anbarı yanır. Yanğın tankın günbəzinə ildırım düşməsindən sonra başlayıb. Hazırda rəsmi məlumata görə, bir nəfər ölüb, 16 nəfər itkin düşüb, 122 nəfər yaralanıb.
Dünən yanğının başladığı yanacaq rezervuarın söndürüldüyü bildirilmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31