Ukraynada insanlar minalanmış dənizdə çimirlər - VİDEO

Ukraynanın Odessa şəhərində insanların dəniz sahilində, çimərliklərdə mina xəbərdarlığına məhəl qoymaması müzakirələrə səbəb olub.

 "Unian"-ın məlumatına görə, görüntülər sosial şəbəkələrdə yayılıb.

Videoda hətta polislərin də oturaraq ətrafda baş verənlərə reaksiya vermədikləri, insanlara xəbərdarlıq etmədikləri görünür.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra xüsusən Odessa şəhərinin limanları minalanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31