“Taliban” əfqanları türk sultanının tikdirdiyi məşhur məscidə buraxmadı
8 Avqust 2022 12:45 DünyaƏfqanıstanda siyasi hakimiyyətdə olan "Taliban" rəhbərliyi Məzari-Şərif şəhərində yerləşən məşhur Göy məsciddə Aşura mərasimlərinin təşkilinə icazə verməyib.
Taliban məhdudiyyəti İŞİD-in son silsilə terror hücumları ilə əlaqələndirib.
Məlumatda qeyd olunub ki, terrorçular Aşura mərasimlərində iştirak edən şəxsləri hədəfə alır və "Taliban" hələlik əzadarlıq məclislərində iştirak edənlərin təhlükəsizliyinə tam zəmanət verə bilmir.
Qeyd edək ki, Məzari-Şərifdə yerləşən Göy məscid - Həzrəti Əlinin dəfn edildiyi yer kimi məşhurluq qazanıb.
Firuzəyi daşlarla işlənilmiş məqbərə kompleksi Məzari-Şərif və Bəlx vilayətinin əsas simvolu hesab edilir.
Göy məscid Teymurilər dövlətini idarə etmiş Sultan Hüseyn Bayqaranın əmri ilə tikilib.
Oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31