Bu ölkədə qadınların reklam çarxlarına çəkilişinə qadağa qoyuldu

İran hökuməti mübahisəli dondurma videosundan sonra qadınların reklamlara çəkilməsini qadağan edib.

İran rəsmilərinin qəzəbinə qırmızı çarşablı qadının "Magnum" dondurmasını dişlədiyini əks etdirən video səbəb olub.

Din xadimləri videodan qəzəblənib və dondurma istehsalçısı "Domino"nu məhkəməyə verməyi tələb ediblər. Onlar reklamın ictimai ədəb-ərkan qaydaları ilə ziddiyyət təşkil etdiyini və qadın dəyərlərinə xələl gətirdiyini bildiriblər.

sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31