Kubada neft anbarına ildırım düşdü - VİDEO

Olaylar.az oxu.az-a istinadən bildirir ki, Kubanın Matansas əyalətində neft anbarı bazasını ildırım vurması nəticəsində iri miqyaslı yanğın meydana gəlib.

Hadisə nəticəsində azı 52 nəfərin xəsarət aldığı bildirilir.

Qeyd olunur ki, zərərçəkənlərin 10-nun vəziyyəti ağır, dördünün vəziyyəti isə kritikdir.

Hadisə yerinə yanğınsöndürənlər işləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31