"Putinlə razılaşdıq" - Rəcəb Tayyib Ərdoğan
6 Avqust 2022 19:36 DünyaTürkiyə və Rusiya arasında ikitərəfli ticarətdə rubldan istifadə etmək barədə razılıq əldə olunub.
Olaylar.az bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib:
"Soçidə hörmətli Putinlə görüşdə ticarətdə pul vahidi kimi rubldan istifadədə razılaşdıq. Ticarətimizi rublla aparacağımız üçün bu, təbii ki, Türkiyə və Rusiya üçün ciddi gəlir mənbəyinə çevriləcək".
Ərdoğan həmçinin bildirib ki, Türkiyə və Rusiya ikitərəfli ticarəti ildə 100 milyard dollara çatdırmaq planlarını təsdiqləyiblər.
mili.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31