Rusiyada COVID-ə yolxuxmada REKORD

Rusiyada son sutka ərzində 19 974 nəfər koronavirusa yoluxub. Bu, martın 30-dan bu yana qeydə alınan ən yüksək göstərici olub.

Olaylar.az bildirir ki, ötən gün 18 555 yoluxma qeydə alınmışdı.

Bu günədək Rusiyada koronavirusa yoluxanların sayı 18,69 milyon nəfəri keçib.

Eyni zamanda son sutkada 46 nəfər koronavirusun qurbanı olub. Əvvəlki gün bu göstərici 47 nəfərə bərabər idi.

Rusiyada bu günədək koronavirusdan 382 697 nəfər vəfat edib.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31