Latviya rusiyalılara bütün növ vizaların verilməsini dayandırıb

Latviyanın Rusiyadakı səfirliyi Rusiya Federasiyası vətəndaşları üçün bütün növ vizaların verilməsini qeyri-müəyyən müddətə dayandırıb. Yeganə istisna Latviyada yaşayan yaxın qohumlarından birinin dəfn mərasiminə getmək zərurətidir.

Olaylar.az bildirir ki, səfirlik belə bir qərarın səbəbini açıqlamayıb.

Qeyd edək ki, 2022-ci ilin yazında Latviya rusiyalılara turist vizası verməmək qərarına gəlib. Ancaq işə qəbul üçün uzunmüddətli milli vizalar, eləcə də humanitar səbəblərə görə (individual baxılırdı) qısamüddətli vizalar əldə etmək mümkün olub.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31