"Rublla ödəniş barədə razılığa gəlinib" - Aleksandr Novak
5 Avqust 2022 22:03 DünyaRusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Türkiyəyə qaz tədarükünü müzakirə edib və qismən rublla ödəniş barədə razılığa gəliblər.
Olaylar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.
"Türkiyə Respublikasına kifayət qədər böyük həcmdə - ildə 26 milyard kubmetr qaz tədarükü müzakirə edilib. Danışıqlar prosesində prezidentlər razılaşıblar ki, biz qazın qismən tədarükünə başlayacağıq və ödəniş rublla ediləcək", - deyə A.Novak bildirib.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31