Putin-Ərdoğan görüşü 4 saat davam edib, Qarabağ müzakirə olunub
5 Avqust 2022 21:16 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçiyə işgüzar səfəri çərçivəsində Rusiya Prezidenti Validimir Putinlə görüşü başa çatıb.
Olaylar.az bildirir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, görüş 4 saat davam edib.
***
Olaylar.az bildirir ki, danışıqlarda Suriya və Ukrayna ilə yanaşı, Qarabağ məsələsi də müzakirə olunur.
***
Olaylar.az bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçiyə bir günlük işgüzar səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşü başlayıb.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya yola düşüb.
Olaylar.az bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
"Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinin dəvəti əsasında Rusiyanın Soçi şəhərinə yola düşüb", - məlumatda qeyd olunub.
apa