Çörəyin qiyməti ilə bağlı QƏRAR
5 Avqust 2022 18:45 DünyaSerbiya hökuməti çörəyin qiymətlərini 30 gün müddətinə məhdudlaşdırıb.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hökumətin iclasında birinci dərəcəli undan hazırlanan çörəyin qiyməti istehsalçılar üçün 45,88 serb dinarı (68 qəpik), son istehlakçılar üçünsə 53,5 serb dinarı (79 qəpik) səviyyəsində məhdudlaşdırılması barədə qərar qəbul edilib.
Bu qərar avqustun 9-dan qüvvəyə minir və 30 gün müddətində qüvvədədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31