Bu ölkədə yeni virus yayılıb: Ölənlərin sayı durmadan artır

İtaliyada Qərbi Nil virusuna yoluxma halları durmadan artır.

Olaylar.az xəbər verir ki, İtaliyada yazın əvvəlindən qeydə alınan Qərbi Nil virusuna yoluxma sayının 94-ə yüksəldiyi bildirilib.

Qeyd olunub ki, yoluxma halları əsasən şimal bölgələrində, 33 yoluxma isə Veneto bölgəsində qeydə alınıb.

Bildirilib ki, indiyədək ölkə daxilində 7 nəfər bu virus səbəbindən dünyasını dəyişib.

AZXEBER.COM

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31