Qaynar qazana düşən şəxs faciəvi şəkildə öldü - FOTO
5 Avqust 2022 13:49 DünyaArxasında qaynayan qazana yaxınlaşdıqdan sonra tarazlığını saxlaya bilməyən şəxs faciəvi şəkildə ölüb.
Olaylar.az xəbər verir ki, dəhşətli hadisə Hindistanda baş verib.
Belə ki, Hindistanın cənubundakı Tamil Nadu ştatında bir nəfər qaynayan qazanlardan birinə düşüb. Festival üçün hazırlanan sıyıq qazanına düşən 54 yaşlı kişinin köməyinə ətrafdakılar gəlsə də, qəzanın istisindən kişini xilas etməkdə çətinlik çəkiblər. Sonra bir nəfər qazanı yıxıb, adamı qazandan çıxarıb.
Lakin bədəninin 65 faizi yanan şəxs aparıldığı xəstəxanada dünyasını dəyişib.
.jpg)
AZXEBER.COM
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31