Ərdoğan Putinlə Soçidə bunları müzakirə edəcək

Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin bu gün Rusiyanın Qara dəniz sahilindəki Soçi şəhərində görüşəcək.

Olaylar.az xəbər verir ki, iki liderin gündəmində Ukraynada davam edən işğal cəhdi və taxıl dəhlizi razılaşması, Türkiyənin Rusiyanın əleyhinə olduğu mümkün Suriya əməliyyatı olacaq. 

İki ölkə arasında enerji sahəsində əməkdaşlıq, o cümlədən Akkuyuda davam edən atom elektrik stansiyası layihəsi də gündəliyə daxil olan mövzulardandır.

Manset.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31