Ana körpə uşağa içki içirdi – polis hərəkətə keçdi

Körpəsinə içki içirən ananın görüntüləri hiddətə səbəb olub.

Olaylar.az xəbər verir ki, qəribə hadisə İngiltərənin Cənub-Şərqi bölgəsindəki Dover şəhərində baş verib.

Sosial şəbəkələrdə bir ananın övladına butulkanın qapağında içki içdirdiyi görüntüləri yayılıb. Görüntülər sosial mediada paylaşıldıqdan sonra polis araşdırmalara başlayıb.

Şəhər polisi valideynləri uşaqlarına zülm verməsi səbəbilə həbs etsə də, sonradan onları zaminə buraxıb. Hadisə ilə bağlı istintaq davam edir.

AZXEBER.COM

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31