Şəkil çəkmək istəyərkən uçurumdan yıxıldı

Hindistanın Tamil Nadu ştatında 28 yaşlı gənc gözəl mənzərələri çəkməyə çalışarkən sürüşərək şəlaləyə yıxılıb.

Olaylar.az xəbər verir ki, hadisəni zərərçəkənin dostu videoya çəkib.

O, Kodaykanaldakı şəlalənin kənarında dayanıb və dostundan onunla şəkil çəkdirməsini xahiş edib. Lakin zərərçəkən qəfil büdrəyərək müvazinətini itirib və qayadan aşağı sürüşüb. Gənc qaydan yapışmağa çalışsa da, bir neçə saniyədən sonra suya düşüb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər həmin şəxsin axtarışlarına başlayıb, lakin onun meyiti tapılmayıb.

Oxu.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31