"Daha 3 gəminin Ukrayna limanlarından yola düşməsi planlaşdırılır" - Türkiyə Milli Müdafiə Nazirliyi
4 Avqust 2022 22:55 DünyaAvqustun 5-də taxıl daşıyan daha 3 gəminin Ukrayna limanlarından yola düşməsi planlaşdırılır.
Olaylar.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
Qeyd edək ki, avqustun 2-də Ukraynanın Odessa limanından yola düşən taxıl ilə dolu ilk gəmi İstanbula çatıb. Birgə Koordinasiya Mərkəzinin üzvləri tərəfindən gəmiyə baxış keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31