"Biz iki yaşayış məntəqəsini azad etdik" - Qromov
4 Avqust 2022 21:44 DünyaUkrayna Silahlı Qüvvələri Slavyansk istiqamətində iki yaşayış məntəqəsini rus işğalçılarından geri alıb.
Olaylar.az bildirir ki, bu barədə Baş Qərargahın Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov bildirib.
"Həftə ərzində qoşunlarımız taktiki mövqelərini təkmilləşdirərək, Mazanovka, Brajkovka, Suluqunovka, Dmitrovka yaşayış məntəqələri ərazilərində düşmənin müdafiəsi qırılıb. Biz iki yaşayış məntəqəsini: Mazanovka və Dmitrovkanı azad etdik", - Qromov bildirib.
Xerson vilayətinə gəlincə, onun ərazisində 53 yaşayış məntəqəsi azad edilib. Bu barədə bu yaxınlarda administrasiya məlumat yayıb.
milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31