"ABŞ və NATO müttəfiqlərinin Tayvana səfər etməsi yeni bir şey deyil" - Yens Stoltenberq

Pelosinin Tayvana səfəri Çinə Taybeyi təhdid edərək həddən artıq reaksiya verməsinə əsas vermir.

Olaylar.az xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.

"ABŞ Tayvana qarşı siyasətinin dəyişmədiyini sadəcə açıq şəkildə nümayiş etdirib. ABŞ və NATO müttəfiqlərinin Tayvana səfər etməsi yeni bir şey deyil. Beləliklə, Çinin kəskin reaksiya verməsi, yaxud Tayvanı təhdid etməsi üçün heç bir səbəb yoxdur", - o bildirib.

Qeyd edək ki, avqustun 2-i Nensi Pelosinin Tayvana səfər etməsi Pekinin etirazına səbəb olub.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31