"İkinci Dünya müharibəsində kimin qalib gəldiyini unudulub, tarix təkrarlanacaq” - Medvedev

"Deyəsən, Stoltenberq İkinci Dünya müharibəsində kimin qalib gəldiyini unudub".

Olaylar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev NATO Baş katibi Yens Stoltenberqin açıqlamasını şərh edərkən deyib.

"Onun yaddaşı pisdir. İkinci Dünya müharibəsində kimin qalib gəldiyini unudub. Tarix təkrarlanacaq", - Medvedev bildirib.

Qeyd edək ki, NATO Baş katibi Rusiyanın Ukrayna ilə münaqişədə qələbəsinin yolverilməz olduğunu deyib.

azpost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31