"McDonald"s işçisi müştəriyə soyuq kartof qızartması verdiyi üçün vuruldu
4 Avqust 2022 15:08 DünyaABŞ-ın Nyu-York şəhərində "McDonald"s işçisi müştəriyə soyuq kartof qızartması verdiyi səbəbiylə mübahisə etdikdən sonra boynundan silahla vurulub.
Bu barədə "İndependent" qəzeti məlumat yayıb.
Məlumata görə, 23 yaşlı Metyu Uebb adlı işçi xidmət etdiyi kartofun soyuq olması səbəbilə bir qadın müştəri ilə mübahisə edib.
Müzakirə zamanı müştərinin oğluna videozəng etdiyi və oğlunun qısa müddət sonra mağazaya gələrək işçi ilə mübahisə etdiyi bildirilib.
İşçinin vəziyyətinin ağır olduğu bildirilir.
sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31