Çin ordusu Tayvan istiqamətinə ballistik raketlər atıb
4 Avqust 2022 14:51 DünyaÇin ordusu Tayvan ərazisini orta mənzilli "DF-26" (DongFeng) ballistik raketlərlə zərbələr endirib.Olaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "Reuters"-in məlumatına görə, bu barədə Tayvan administrasiyası məlumat yayıb.Qeyd olunub ki, raket zərbələri Tayvanın şimal-şərq və cənub-qərb suları istiqamətinə atılıb.Bildirilib ki, raketlərin buraxılışı Pekinin cümə axşamı başladığı təlimlər fonunda baş verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31