Avropada 16 000-ə yaxın meymunçiçəyinə yoluxma halı aşkar edilib
3 Avqust 2022 23:43 DünyaAvropa regionunun 38 ölkə və bölgəsində 15 926 meymun çiçəyi hadisəsi aşkar edilib.
Olaylar.az bildirir ki, bu barədə Avropa Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi (ECDC) bildirib.
2 avqust 2022-ci il tarixinə olan məlumata əsasən, "TESSy" Avropa müşahidə sistemi vasitəsilə 32 Avropa ölkəsindən iki ölüm də daxil olmaqla 15 624 yoluxma faktı barədə bildirib.
Ən çox yoluxma halları 31-40 yaş arası (41%) və kişilərdə (99,1%) olub. Çox vaxt yoluxan şəxslərdə səpgi (94,8%) və qızdırma, yorğunluq, əzələ ağrısı, titrəmə və ya baş ağrısı (65%) kimi sistemik simptomlar olub. 399 nəfər (5,6%) xəstəxanaya yerləşdirilib, onlardan 150 nəfərinin stasionar yardıma ehtiyacı olub.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31