İtaliya Parlamenti Finlandiya və İsveçin NATO-ya qoşulmasını təsdiqləyib
3 Avqust 2022 21:45 Dünyaİtaliya Paralmenti İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə dair protokolları ratifikasiya edib.
Olaylar.az APA-ya istinadən xəbər verir ki, bu barədə İtaliyanın NATO-dakı daimi nümayəndəliyinin rəhbəri Fransesko Talo "Twitter"də bildirib.
"İtaliya Parlamenti böyük səs çoxluğu ilə Finlandiya və İsveçin NATO-ya qoşulmasını təsdiqləyib. Biz birlikdə daha güclü olacağıq",- deyə o vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31