"TikTok"a video çəkmək üçün 14 yaşlı uşağı yaraladılar

14 yaşlı yeniyetmənin "Video çəkmək" marağı onu xəstəxanalıq edib.

Olaylar.az xəbər verir ki, 14 yaşlı Mehmet Y. yoldaşları ilə küçədə oynayırmış. Bu arada yaşları 14-16 arasında olan 8 uşaq Mehmet Y.-dən yaşını və harada yaşadığını soruşublar. Mehmet Y. bu sualları cavabsız qoyarkən uşaqlardan biri belindən çıxardığı şüşəni qıraraq Mehmet Y.-nin qolunu kəsib.

Daha sonra hadisə yerindən qaçan uşaqların TikTok videosu çəkmək üçün Mehmet Y.-ni yaraladıqları bildirilib. 

Qeyd edək ki, qolundan yaralanan Mehmet Y.-in ailəsi uşaqlardan şikayətçi olublar.

AZXEBER.COM

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31