Cənubi Afrikada iğtişaşlar başlayıb: Ölənlər var

Cənubi Afrika Respublikasında iğtişaşlar başlayıb. Buna səbəb enerji qiymətlərinin artması və həyat səviyyəsinin aşağı düşməsidir.

Olaylar.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

Səhər saatlarında başlayan etirazlarda polisin atəş açdığı iddia edilir. Səlahiyyətlilər atəş nəticəsində iki nəfərin öldüyünü bildirirlər.  

Dünən axşam saatlarında yanan binanın girişində daha iki meyitin tapıldığı və bununla da ölənlərin ümumi sayının dördə çatdığı qeyd edilib.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31