Sinə kiçiltmə əməliyyatı etdirən gənc qadın öldü
3 Avqust 2022 13:21 DünyaSinə kiçiltmə əməliyyatı etdirən gənc qadın ölüb.
Olaylar.az xəbər verir ki, İspaniyada yaşayan 34 yaşlı Silvia İdalia Serrano adlı qadın gözəllik mərkəzinə gedərək sinə kiçiltmə əməliyyatı etdirib. Amma gözəllik mərkəzi qadına üçlü estetika təklif edib. Daha sərfəli qiymətə sinə, qarın və omba estetikasına sahib olan gənc qadın əməliyyat zamanı tutduğu iddia edilən "ət yeyən infeksiya" səbəbiylə dünyasını dəyişib.
Əməliyyat çərçivəsində o, sinəsini kiçildib, qarın nahiyəsindəki piyləri çıxararaq ombalarını da dolğunlaşdırıb.
Yaxınlarının həkimlərdən aldığı məlumata görə, gənc qadının "ət yeyən infeksiyaya" tutulduğu və bu səbəbdən dünyasını dəyişdiyi bildirilib.
AZXEBER.COM
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31