İranda daşqın nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb
3 Avqust 2022 11:48 DünyaÖtən 12 gün ərzində İranda leysan yağışları və çayların daşması nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb. Olaylar.az xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib.P.Kulivəndin sözlərinə görə, daşqınlarda 8 nəfər itkin düşüb:
"Daşqınlarda İranın 31 vilayətindən 24-ü zərərçəkib. Hazırda ölkənin 661 bölgəsində yardım əməliyyatları davam edir", - deyə o qeyd edib.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31