Misirdə avtobus və yük maşını toqquşub: 17 nəfər ölüb
3 Avqust 2022 11:37 DünyaMisirin cənubunda sərnişin avtobusu yük maşını ilə toqquşub. Olaylar.az xəbər verir ki, bu barədə "Sky News Arabiya" telekanalı məlumat yayıb. Qəza nəticəsində 17 nəfər həlak olub.
Qəza ötən gecə Sohaq əyalətində baş verib. Avtobus sürücüsü digər avtomobili ötmək üçün qarşıdan gələn zolağa çıxıb. Nəticədə yük maşınına çırpılıb. 17 nəfər hadisə yerində ölüb. Daha 7 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İlkin məlumata görə, qəzaya görə məsuliyyəti avtobusun sürücüsü daşıyır.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31