Çin ordusu Tayvan ətrafında üç ərazidə hərbi təlimlərə başlayıb (YENİLƏNİB)

ABŞ Konqresinin aşağı palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri fonunda Çin Xalq Azadlıq Ordusu ada ətrafında üç ərazidə təlimlərə başlayıb.

Olaylar.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

"Xalq Azadlıq Ordusunun Şərq Döyüş Komandanlığı Zonası ardıcıl olaraq Tayvan adası ətrafında bir sıra hərbi əməliyyatlar həyata keçirir", - deyə telekanal bildirib. Məlumata əsasən, Tayvanın şimal, cənub-qərb və cənub-şərqində dəniz və hava təlimləri keçirilir.

Çin silahlı qüvvələri təlimlər zamanı təxribat baş verəcəyi təqdirdə Tayvanı cavab atəşi ilə hədələyib.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31