Çin ordusu Tayvanı mühasirəyə alacaq - FOTO
2 Avqust 2022 20:33 DünyaÇin Xalq Azadlıq Ordusu avqustun 4-dən 7-dək Tayvanın sahilyanı dəniz ərazilərində və hava məkanında "vacib hərbi təlimlər, o cümlədən canlı atəş fəaliyyətləri" keçirəcək. Təlimlərə nüvə başlığı olmayan raketlərin sınaqları da daxildir.
Olaylar.az xəbər verir ki, bu barədə Sinxua Xəbər Agentliyi məlumat yayıb.
Həmçinin, Çinin Xarici İşlər Nazirliyindən bildirilib ki, ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərinə cavab olaraq, milli suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün bütün lazımi tədbirlər görüləcək, bunun nəticələrinə görə isə ABŞ və Taypey məsuliyyət daşıyacaq.

sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31