Çin ordusu yüksək döyüş hazırlığı vəziyyətinə GƏTİRİLDİ
2 Avqust 2022 20:17 DünyaÇin Xalq Azadlıq Ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
Olaylar.az xəbər verir ki, bunu Çin Müdafiə Nazirliyi açıqlayıb.
Bildirilib ki, ABŞ-ın hərəkətləri Tayvanın müstəqillik tərəfdarı olan qüvvələrə yanlış mesaj verir:
"Tayvan hakimiyyətinin hərəkətləri son dərəcə təhlükəlidir və ağır nəticələrə gətirib çıxaracaq".
Eyni zamanda Çin Tayvan adasının şimalında - Çinin şərqindəki Çjetszyan əyaləti avqustun 3-5-də Şərqi Çin dənizində dəniz atəşi təlimləri keçirəcək. Bu barədə çərşənbə axşamı əyalətin Dəniz İşləri İdarəsi məlumat yayıb.
Bundan başqa, Çin Ordusunun Şərqi Zonasının Döyüş Komandanlığı bildirib ki, Tayvan ətrafında hərbi əməliyyatlar çərçivəsində nüvə başlıqlı olmayan raketləri sınaqdan keçirəcək.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31