Pelosinin Tayvana səfəri ABŞ siyasətinə zidd deyil - Bəyanat
2 Avqust 2022 20:02 DünyaSpiker Nensi Pelosinin Tayvana səfəri heç bir halda ABŞ-ın siyasətinə zidd deyil.
Olaylar.az bildirir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və Konqresin nümayəndə heyətinin üzvlərinin Tayvana səfərləri barədə bəyanatında deyilir.
Bu, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədrinin son 25 ildə Tayvana ilk rəsmi səfəridir.
"Nümayəndə heyətimizin Tayvana səfəri Amerikanın Tayvan demokratiyasını dəstəkləməkdə sarsılmaz sadiqliyini nümayiş etdirir. Səfərimiz Sinqapur, Malayziya, Cənubi Koreya və Yaponiya da daxil olmaqla Hind-Sakit okean regionuna turnemizin bir hissəsidir və qarşılıqlı təhlükəsizlik, iqtisadi tərəfdaşlıq və demokratik idarəçiliyə yönəlib", - bəyanatda deyilir.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31