Rusiyaya qarşı məhdudiyyətlər GENİŞLƏNDİRİLDİ
2 Avqust 2022 19:45 DünyaKanada Rusiyaya qarşı məhdudiyyətləri genişləndirərək 43 fiziki və 17 hüquqi şəxsi sanksiyalar siyahısına daxil edib.
Olaylar.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Kanada hökumətinin bəyanatında deyilir.
Bildirilib ki, daha əvvəl Ukrayna Müdafiə Nazirliyi tərəfindən Buçadakı hadisələrdə iştirak etdiyi iddia olunan Rusiya hərbçiləri sanksiyalara məruz qalıb. Eyni zamanda, Kanada hökuməti bu məhdudiyyətlərin tətbiqi üçün konkret nəyin əsas olduğunu qeyd etməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31