Putin və Ərdoğan Soçidə regional problemləri müzakirə edəcəklər
2 Avqust 2022 16:53 DünyaRusiya və Türkiyə prezidentləri Soçi görüşü zamanı Ukrayna və Suriyada vəziyyəti, iqtisadi və regional məsələləri müzakirə edəcəklər.
Olaylar.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 5-də Rusiyaya işgüzar səfər edəcək. Prezidentlərin Soçidə baş tutacaq görüşündə ikitərəfli münasibətlər, regional problemlər, Ukrayna limanlarından taxıl daşınması və digər məsələlər müzakirə olunacaq.
azpost.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31