Bu ölkədə istidən 2 min nəfər öldü

İspaniyada iyul ayında anomal isti hava şəraiti səbəbindən 2 064 nəfər həyatını itirib.

Olaylar.az xəbər verir ki, bu barədə III Karlos Səhiyyə İnstitutunun saytında məlumat verilib.

Ölənlərin yarısı 80-85 yaşlı qocalardır.

İnsanların çoxu 18 və 19 iyul tarixlərində həyatını itirib. Həmin günlərdə bütün ölkə ərazisində temperatur +38...+40°С-yə yüksəlmişdi.

Qeyd olunur ki, ötən ilin eyni dövrü ərzində anomal isti hava şəraiti səbəbindən dörd dəfə az insan vəfat etmişdi.

İki sahil

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31